Mayamidə faciəli şəkildə ölən Ceyhunun cənazəsi Azərbaycana GƏTİRİLDİ

Mayamidə faciəli şəkildə ölən Ceyhunun cənazəsi Azərbaycana GƏTİRİLDİ

Hazırda oxunan: Mayamidə faciəli şəkildə ölən Ceyhunun cənazəsi Azərbaycana GƏTİRİLDİ

252365

ABŞ-nin Florida ştatının Mayami şəhərində faciəli şəkildə ölən azərbaycanlı gənc Ceyhun Sadıqbəylinin cənazəsi Azərbaycana gətirilib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, C.Sadıqbəyli dünən Suraxanı rayonu, Dədə Qorqud qəsəbə qəbiristanlığında dəfn edilib.

Xatırladaq ki, hadisə Mayamidəki "South Beach" adlanan çimərlikdə baş verib. Orada istirahət edərkən Ceyhunun həyat yoldaşı suda boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Xanımını ölümdən qurtaran Ceyhun özü boğularaq həlak olub.

Yenicə ailə həyatı quran Ceyhun Bostondakı şirkətlərin birində satış meneceri işləyirmiş.

Qeyd edək ki, Ceyhun 2000-ci ildə Yardımlı rayonunun Bozayran kəndində doğulmuşdu. O, 665 balla ADA Universitetinin Biznesin idarə edilməsi ixtisasının ingiliscə bölməsinə daxil olaraq bakalavr pilləsini bitirmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO