Biləsuvardakı ağır qəzada yaralananların ADLARI BİLİNDİ

Biləsuvardakı ağır qəzada yaralananların ADLARI BİLİNDİ

Hazırda oxunan: Biləsuvardakı ağır qəzada yaralananların ADLARI BİLİNDİ

252274

Biləsuvarda baş vermiş yol qəzasında yaralananların adları məlum olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, xəsarət alanlardan “Ford” markalı avtomobilin sürücüsü, 1974-cü il təvəllüdlü Valeh Qənbərov və onun həmkəndlisi, 1995-ci il təvəllüdlü Röyal Quliyev Biləsuvar rayonunun Bağbanlar kənd sakinləridir.

 

MÖVZU İLƏ BAĞLI:

Biləsuvarda AĞIR QƏZA: 5 nəfər xəsarət aldı


"Opel" markalı avtomobilin sürücüsü – Cəlilabad rayonunun Günəşli kəndindən olan, 2004-cü il təvəllüdlü Pərvin İsmayılov, sərnişini isə Lerik rayon sakini, 1991-ci il təvəllüdlü Vüsal Həşimovdur.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara zəruri tibbi yardım göstərilib. Həkimlərin verdiyi məlumata görə, xəsarət alanların vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq səbəbi ekspertiza nəticəsində müəyyən olunacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU


Xatırladaq ki,Ələt-Astara magistralının 186-cı kilometrliyində iki avtomobilin toqquşması nəticəsində beş nəfər xəsarət alıb. Hadisə Biləsuvar rayonu ərazisində qeydə alınıb. İlkin məlumata görə, əks istiqamətdə hərəkət edən Ford markalı yük avtomobili ilə Opel markalı minik avtomobili toqquşub.

Nəticədə, hər iki avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO