"Azarkeşlərdən üzr istəyirəm" - Millimizin baş məşqçisi

"Azarkeşlərdən üzr istəyirəm" - Millimizin baş məşqçisi

Hazırda oxunan: "Azarkeşlərdən üzr istəyirəm" - Millimizin baş məşqçisi

252266

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Litva yığması ilə keçirilən ev oyunundan (0:5) sonra fikirlərini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

“İlk dəfədir komandanın bu qədər həyəcan içində meydana çıxdığını gördüm. Çoxlu sayda səhvlərə yol verdik. İlk 10 dəqiqədə buraxdığımız qollardan sonra oyunumuzda eniş baş verdi.

Fasilədən sonra sistemdə dəyişiklik etdik. Ancaq bütünlüklə hücuma çıxdığın zaman istər-istəməz müdafiədə boşluq yaranır. Nəticədə daha bir qol buraxdıq.

Bizi dəstəkləməyə gələn insanlara həm təşəkkür edirəm, həm də bu nəticəyə görə komanda adından onlardan üzr istəyirəm”, - baş məşqçi deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO