Fransa Prezidenti Emmanuel Makron Avropa və Asiyanı regionda “məcburiyyət sferaları” yaratmağa çalışan böyük güclərə qarşı çıxmaq üçün yeni ittifaq yaratmağa çağırıb.
Bizim.Media xəbər verir ki, Makron Avropa və Asiyanın təsir dairələri adı altında məcburiyyət sferaları tətbiq etmək istəyən revizionist ölkələrin çağırışı ilə üzləşdiyini iddia edib:
“İstər balıqçılıq, istərsə də faydalı qazıntılar olsun, resursları mənimsəmək və öz mənfəətləri üçün başqalarını sıxışdırmaq istəyən ölkələr məcburiyyət sferaları tətbiq etmək istəyirlər".
Onun fikrincə, Avropa və Asiya arasında müttəfiqlik ortaq norma və prinsiplərə əsaslanacaq.
Makron həmçinin bildirib ki, Çin Şimali Koreyanın Avropa ərazisinə qoşun yeritməsinin qarşısını almalıdır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:54 / 30.05.2025
Makron Avropa və Asiyaya ÇAĞIRIŞ ETDİ: “Yeni ittifaq yaradaq”
Hazırda oxunan: Makron Avropa və Asiyaya ÇAĞIRIŞ ETDİ: “Yeni ittifaq yaradaq”
Hazırda oxunan: Makron Avropa və Asiyaya ÇAĞIRIŞ ETDİ: “Yeni ittifaq yaradaq”
252228
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.