Milli Məclisdə ali məktəblərdə gender bərabərliyinə aid fənnin keçirilməsi təklif edilib.
Bizim.Media xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə parlamentin bugünkü plenar iclasındac çıxışı zamanı deyib.
O bildirib ki, bununla bağlı hüquqşünaslar, psixoloqlar, sosioloqlar, iqtisadçılar xüsusi dərsliklər hazırlaya bilərlər:
“Orta məktəblərdə kişi müəllimlərin sayı həddən artıq azdır. Bunun bir çox səbəbi var. Bu məsələ öz həllini tapmalıdır. Təklif edirəm ki, məktəb direktorlarının müavinləri kişilər olsun. Məktəblərdə bir yox, iki psixoloq olsun, biri qadın, biri kişi olsun. Bu gənclərimziin tərbiyə edilməsində böyük rolu olacaq”.
Parlamentin sədri Sahibə Qafarova isə deputata cavabında deyib ki, məktəblərdə hər bir müəllim psixoloq olmalıdır:
“Son illərdə kişi müəllimlərinin sayı çoxalıb. Amma düz deyirsinizi ki, bununla bağlı işləmək lazımdır”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:50 / 30.05.2025
Millət vəkili: “Məktəblərdə direktor müavinləri kişilər olsun”
Hazırda oxunan: Millət vəkili: “Məktəblərdə direktor müavinləri kişilər olsun”
Hazırda oxunan: Millət vəkili: “Məktəblərdə direktor müavinləri kişilər olsun”
252144
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.