Naxçıvan televiziyası peyk yayımına BAŞLADI - FOTO

Naxçıvan televiziyası peyk yayımına BAŞLADI - FOTO

Hazırda oxunan: Naxçıvan televiziyası peyk yayımına BAŞLADI - FOTO

252112

Xəbər verdiyimiz kimi, bu gün Naxçıvanda Qlobal İnformasiya Mühiti və Media Trendləri” Konfransı – “MEDİAFEST-2025”keçirilir. 

Bizim.Media xəbər verir ki, konfrans çərçivəsində Naxçıvan televiziyası “Azerspace-1" peykində (11135 Horizontal 30000) yayıma başlayıb.
 

Naxçıvanda keçirilən tədbirdə ölkənin tanınmış media nümayəndələri, rəsmi qonaqlar- Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, Mətbuat Şurasının sədri Rəşad Məcid, o cümlədən digər qonaqlar iştirak ediblər.


Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü ilin 15 avqust tarixli sərəncamına əsasən Naxçıvan televiziyasına  yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO