Buz parçaları kəndin bir hissəsini tamamilə yer üzündən sildi – VİDEO

Buz parçaları kəndin bir hissəsini tamamilə yer üzündən sildi – VİDEO

Hazırda oxunan: Buz parçaları kəndin bir hissəsini tamamilə yer üzündən sildi – VİDEO

251990

İsveçrənin Vale kantonunda Alp dağlarından qopan buz parçaları və onunla birlikdə gələn palçıq axını Blatten kəndinin böyük hissəsini məhv edib.

Bizim.Media xəbər verur ki, bu barədə informasiyanı “The Guardian” qəzeti yerli KİV-ə istinadən yayıb.

Hadisə nəticəsində yalnız kənd deyil, həm də yaxınlıqdakı çay və Blatten ətrafındakı meşəlik axının təsirinə məruz qalıb.
 

Regional təhlükəsizlik xidmətinin rəhbəri Stefan Qanser bildirib ki, kəndin təxminən 90%-i ya palçıq altında qalıb, ya da tamamilə dağılıb.

O əlavə edib ki, vəziyyətin daha da pisləşməsi mümkündür.

Yerli hökumət nümayəndəsi Mattias Ebener isə azı bir nəfərin itkin düşdüyünü açıqlayıb.

Qeyd edək ki, təxminən 300 nəfərin yaşadığı Blatten kəndi 19 may tarixində geoloji xidmətin lavina (palçıq) təhlükəsi ilə bağlı xəbərdarlığından sonra evakuasiya edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO