Festivalda Namiq Dəlidağlının kitabları maraqla qarşılandı - FOTO

Festivalda Namiq Dəlidağlının kitabları maraqla qarşılandı - FOTO

Hazırda oxunan: Festivalda Namiq Dəlidağlının kitabları maraqla qarşılandı - FOTO

251959

Bu gün IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında şair Namiq Dəlidağlının imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, festivalda şairin kitabları maraqla qarşılanıb.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan şairin bir neçə şeir kitabı çap olunub.

Namiq Dəlidağlı dörd publisistik kitabla yanaşı, həm də "Ağ gecənin nağılı", "Otel otağından reportaj", "Əllidə ələnənlər" kitablarının müəllifidir.

Onun ötən il 2024-cü ildə şəhid, Şuşa fatehlərindən biri Sahib Musayevə həsr olunan "Bitməyən ömrün yarımçıq gündəliyi" və Özbəkistanda nəşr olunan "Sevgi sükutu" həm özbək, həm də Azərbaycan dilində çap olunub.

Qeyd edək ki, festivalın 6-cı günü Türkiyə Respublikası və onun tarixi, ədəbiyyatına həsr olunub. Mayın 24-də start götürən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 1-dək davam edəcək.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.








Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO