FAKTİKİ HAVA: 33 dərəcə isti...

FAKTİKİ HAVA: 33 dərəcə isti...

Hazırda oxunan: FAKTİKİ HAVA: 33 dərəcə isti...

251908

Mayın 29-u saat 10:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Bizim.Media-ya Milli Hidrometerologiya Xidmətindən bildirilib.

Məlumata görə, hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçib, lakin axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarında qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Beylaqanda 5, Lerik, Cəfərxan, Şahbuz, Daşkəsən, Gəncə, Gədəbəy, Ceyrançöl, Ağstafa, Tovuz, Tərtər, Zərdab, İmişli, Sabirabad, Cəlilabad, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzulidə 2 mm-dir.

Bir sıra ərazilərdə şərq küləyi əsib, küləyin maksimal sürəti Gəncədə 28, Culfada 26, Sabirabadda 20, Goranboyda 19, Naftalan və Şahbuzda 18, Şəki və Kürdəmirdə 15 m/s-dək güclənib.

Mayın 28-i saat 21:30-21:32 radələrində Yardımlı rayonuna diametri 11 mm olan dolu düşüb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 31, Aran rayonlarında 33, dağlıq rayonlarda isə 23 dərəcəyədək isti qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO