Hakan Fidandan Ərdoğanın ABŞ-a səfəri ilə bağlı AÇIQLAMA

Hakan Fidandan Ərdoğanın ABŞ-a səfəri ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Hakan Fidandan Ərdoğanın ABŞ-a səfəri ilə bağlı AÇIQLAMA

251905

Türkiyənin xarici işlər naziri Hakan Fidan Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfər edə biləcəyini istisna etməyib.

Bizim.Media xəbər verir ki, bu barədə “Milliyet” nəşri yazıb.

Fidan həmçinin bildirib ki, Ağ Evin rəhbəri Donald Trampın da Türkiyəyə səfəri mümkündür.

“Prezidentlər Ərdoğan və Trampın səfər cədvəli üzərində işlər davam edir. Cənab Prezident ABŞ-a – Vaşinqtona səfər edə bilər. Eyni zamanda cənab Trampın Türkiyəyə səfəri də mümkündür. Onlar səfərlərdən öncə Haaqada keçiriləcək NATO sammitində də görüşə bilərlər.

Telefon danışıqları da tez-tez olur, apardıqları müzakirələr son dərəcə məhsuldardır,” – deyə Fidan qeyd edib.

Xatırladaq ki, mayın 5-də Ərdoğan Trampla telefon danışığından sonra bildirib ki, Tramp onu ABŞ-a rəsmi səfərə dəvət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO