Astronomlar Günəş sistemində milyardlarla il sonra baş verəcək fəlakətli dəyişiklikləri modelləşdiriblər. Həmin dövrdə Günəşin sönməyə başlaması ilə yaranacaq şəraitin insanlığın yaşaması üçün yeni imkanlar yarada biləcəyi ehtimal olunur. Tədqiqatın nəticələrinə əsasən, məhz bu dövrdə Yupiter sistemi müvəqqəti olaraq insan həyatına yararlı ola bilər.
Bizim.Media xəbər verir ki, bu araşdırma elmi məqalələrin dərc edildiyi, lakin hələ rəy bildirilməmiş arXiv portalında yerləşdirilib.
Tədqiqat göstərir ki, 12 milyard il sonra genişlənən Günəş əvvəlcə Merkuri və Veneranı udacaq, Yer isə qızmar, cansız bir kürəyə çevriləcək. Lakin bu proses eyni zamanda bəzi buzlu planet və peykləri müvəqqəti olaraq yaşamağa yararlı edə bilər.
Xüsusilə Yupiterin peyki olan, çoxqalın buz qatları ilə örtülmüş Avropa bu dövrdə qısamüddətli isinmə imkanı qazana bilər. Səthdəki buzların buxarlanması nəticəsində su buxarından ibarət seyrək bir atmosfer formalaşacaq. Bu atmosfer yüz minlərlə il davam edə bilər.
Alimlərin əsas maraq dairəsi Yupiter sisteminin gələcəyidir. Bu qaz nəhəngi yeni “yaşana bilən zonaya” düşdükdə özü də əhəmiyyətli dəyişikliklərə məruz qalacaq, onun üst bulud qatları parlaq su buxarı təbəqələrinə çevriləcək.
Bu dəyişikliklər Avropanın aldığı işıq miqdarını artıracaq və buz təbəqəsinin əriməsini sürətləndirəcək. Hərçənd su buxarının böyük hissəsi kosmosa yayılacaq, lakin bir qismi peykin atmosferində qalaraq həyat üçün müvəqqəti şərait yarada bilər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:32 / 29.05.2025
Astronomlar insanlar üçün yeni yaşayış yeri tapdı
Hazırda oxunan: Astronomlar insanlar üçün yeni yaşayış yeri tapdı
Hazırda oxunan: Astronomlar insanlar üçün yeni yaşayış yeri tapdı
251886
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.