Qəbələ və Şəkidə YANĞINLAR oldu - FOTO

Qəbələ və Şəkidə YANĞINLAR oldu - FOTO

Hazırda oxunan: Qəbələ və Şəkidə YANĞINLAR oldu - FOTO

251825

Qəbələdə 4, Şəkidə isə 5 otaqlı mənzillər yanıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qəbələ sakini 1957-ci il təvəllüdlü Ələkbər Umidxanova məxsus ikimərtəbəli ümumi sahəsi 168 kv. m olan evin ikinci mərtəbəsi tamamilə yanıb.

Mənzilin birinci mərtəbəsinin isə 84 kv. m sahəsi yanğından qismən mühafizə olub.

Digər yanğın hadisəi isə Şəki şəhəri Bəxtiyar Abbasov küçəsində qeydə alınıb. Belə ki, Sərxan Salahova məxsus, ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları tam yanıb, evin ikinci mərtəbəsindəki mətbəxtin 40 kv.m-lik sahəsi həmçinin birinci mərtəbədəki mətbəxin bir qismin yanıb. Eləcə də mənzilə bitişik tikilən yardımçı tikilinin dam örtüyü yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Hər iki yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Hissəsinin rayon bölmələrinin texnika və şəxsi heyətləri cəlb olunub.

Baş vermis yanğınlarla bağlı araşdırma başlanılıb.








Tural Rasimoğlu. Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO