Türkiyəli fotoqraf Azərbaycanın Müstəqillik Gününü belə təbrik etdi – FOTO

Türkiyəli fotoqraf Azərbaycanın Müstəqillik Gününü belə təbrik etdi – FOTO

Hazırda oxunan: Türkiyəli fotoqraf Azərbaycanın Müstəqillik Gününü belə təbrik etdi – FOTO

251780

Türkiyənin Kırklareli vilayətinin Lüleburqaz şəhərindən olan fotoqraf Burak Tunçkol tarlasında traktorla “İrəvan Azərbaycandır”, “Cumhuriyyət bayramınız mübarək, Azərbaycan” yazaraq Azərbaycanın Müstəqillik Gününü özünəməxsus şəkildə təbrik edib.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, təxminən 5 saat ərzində tarlada traktor vasitəsilə təbriki yazan Tunçkol, Azərbaycanın İstiqlal Savaşında Türkiyəyə yardım etdiyini xatırladıb:

“Meşələrimiz yandığında da ilk yardıma gələn Azərbaycan oldu, 6 fevral zəlzələsində də ilk yardım əlini onlar uzatdı. Dünyada yeganə qardaş ölkəmiz Azərbaycandır. İrəvan illər öncə Azərbaycan torpağı idi, Ermənistana sonradan verilib. İnşallah, İrəvan Azərbaycan ərazisi olacaq və biz Azərbaycanla bir xəritə olacağıq, Allah o günləri bizə göstərməsə də, inanıram ki, övladlarımıza göstərəcək”.

Tunçkol, "Bu təbriki həm öz hisslərimi, həm də 82 milyonluq Türkiyənin hisslərini əks etdirmək üçün yazdım" deyə bilidirib.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO