Gəncədə qanunsuz küçə ticarətinə qarşı reydlər keçirilir.
Gəncədə qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə reydlər təşkil edilir.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə ötən günlər ərzində şəhərin Yeni Gəncə yaşayış massivi, H.Məmmədquluzadə küçəsində və şəhərin digər ərazilərində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərlə maarifləndirici və izahedici söhbətlər aparılıb.
Reydlər nəticəsində bir çox ərazidə səki və yol kənarlarında qurulan pərakəndə ticarət obyektlərinin, həmçinin ticarət köşklərinin və mağazaların qarşısına qoyulan soyuducuların yığışdırılması təmin olunub. Aparılan izahedici söhbətlərə və edilən xəbərdarlığa məhəl qoymayan şəxslər barəsində isə Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsinin” 454-cü maddəsinə uyğun olaraq protokollar tərtib edilib.
Xatırladaq ki, Gəncə bu il 28 sentyabr – 08 oktyabr tarixlərində III MDB oyunlarına ev sahibliyi edəcək və açılış mərasimi məhz Gəncə şəhər stadionunda olacaq. Bu yarışlara 7000- ə yaxın idmançının və çoxlu sayda tursitlərin gəlməsi gözlənilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
09:44 / 28.05.2025
Gəncədə qanunsuz küçə ticarətinə qarşı reydlər BAŞLADI - FOTO
Hazırda oxunan: Gəncədə qanunsuz küçə ticarətinə qarşı reydlər BAŞLADI - FOTO
Hazırda oxunan: Gəncədə qanunsuz küçə ticarətinə qarşı reydlər BAŞLADI - FOTO
251706
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.