Moskva məhkəməsi 170 milyon rublu vergidən yayındırmaqda təqsirləndirilən azərbaycanlı bloger Hüseyn Həsənovun barəsində çıxarılan qiyabi həbs qərarını qanuni hesab edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, blogerin apellyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, Hüseyn 2019-2021-ci illəri əhatə edən dövrdə vergi ödəməməkdə, eləcə də cinayət yolu ilə əldə olunan külli-miqdarda vəsaitin leqallaşdırılmasında təqsirləndirilir.
Xatırladaq ki, Hüseyn Həsənova qarşı 170 milyon rubl məbləğində vergidən yayınma və çirkli pulların yuyulması ittihamı ilə cinayət işi də açılıb.
Bloger isə sosial şəbəkələrdəki açıqlamasında bütün vergi borclarını ödədiyini və hüquqşünas komandasının məsələni araşdırdığını bildirib.
Bizim.Media