Peşə seçiminə təsir edən STEREOTİPLƏR – Qızlar texniki ixtisaslardan, oğlanlar müəllimlikdən UZAQ DÜŞÜBLƏR

Peşə seçiminə təsir edən STEREOTİPLƏR – Qızlar texniki ixtisaslardan, oğlanlar müəllimlikdən UZAQ DÜŞÜBLƏR

Hazırda oxunan: Peşə seçiminə təsir edən STEREOTİPLƏR – Qızlar texniki ixtisaslardan, oğlanlar müəllimlikdən UZAQ DÜŞÜBLƏR

251616

Azərbaycanda bəzi peşələrə qadınlar daha çox yiyələnirlər. Xüsusilə, təhsillə bağlı, məsələn, müəllimlik, bağça müəllimliyi, kitabxanaçılıq, həmçinin, tibb bacısı ixtisasını da qız abituriyentlər daha çox seçirlər.

Polis, pilot, mühəndis, texnologiya ilə bağlı ixtisaslara isə əsasən oğlanlar müraciət edirlər.

Xatırladaq ki, 2020-2024-cü illərdə Polis Akademiyasına qəbul olmuş şəxslərin ümumi sayı 2444 nəfər olub. Onlardan 2429-u kişi, 15-i qadın olub.


Bəs bəzi peşələrdə gender fərqinin yaranmasına səbəb nədir?

Bu barədə Bizim.Media-ya danışan təhsil eksperti Elçin Əfəndi deyib ki, burada fiizki güc məsələsi də səbəblərdən biridir:

“Burada müəyyən məsələlər var. Birinci, fiziki güc məsələsidir. Biz istisna hallarda görürük ki, fiziki güc tələb olunan sahələrdə xanım namizədlər iştirak edirlər. İnşaat mühəndisi deyəndə təkcə xanımın ailəsi deyil, ətrafı da etiraz edir. Memarlıq adı çəkiləndə də yenə eyni təpkini göstəririk. O cümlədən, polis, sərhəd qoşunları, təhlükəsizlik xidmətinin əməkdaşları və s.”

O bildirib ki, cəmiyyət hələ də müəyyən baryerləri aşa bilməyib:

“Bu məsələyə həm də mental yanaşma var. Cəmiyyət olaraq bəzi baryerləri hələ də aşa bilməmişik, əvvəllər qız hara oxumaq hara deyirdilərsə, indi də qız hara fiziki güc tələb edən sahələr hara deyilir. Xüsusi xidmət orqanlarının akademiyaları hazırda qız tələbələri qəbul etmirlər. Xüsusi hallarda özləri vahid prosedur qaydası əsasında qəbul aparırlar. Mühəndislik istiqamətində də qərar verilərkən fərdin istəyindən asılı olmayaraq kənar təsirlərin qərarı önə keçir. Hansısa qız abituriyent neft-qaz mühəndilsiyi istiqamətində ixtisaslaşmaq istəyirsə, ailələr müdaxilə edir.

Çünki fikizi güc tələb etməsi və gələcəkdə o istiqamətdə iş tapmamaq kimi məsələlər var. Bəzən işə götürən tərəf fiziki güc tələb edən  vakansiyaya xanım namizədi qəbul etməkdən imtina edir. Belə hallar alınacaq qərarlara birbaşa təsir edir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO