Televiziyalar üçün MÜHÜM LAYİHƏ – “Milli kimliyin möhkəmləndirilməsinə töhfə verir”

Televiziyalar üçün MÜHÜM LAYİHƏ – “Milli kimliyin möhkəmləndirilməsinə töhfə verir”

Hazırda oxunan: Televiziyalar üçün MÜHÜM LAYİHƏ – “Milli kimliyin möhkəmləndirilməsinə töhfə verir”

251531

“Bildiyiniz kimi ilk dəfə ötən ilin aprel ayında dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqə elan edilib, nəticələrə uyğun olaraq həmin ilin sentyabr ayında layihələrin icrasına başlanılıb”.

Bizim.Media xəbər verir ki, bunu “apa.az”a müsahibəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib.

O qeyd edib ki, layihə çərçivəsində cari dövrədək 8 ümumölkə yerüstü televiziya yayımçısı tərəfindən dövlət və cəmiyyət üçün prioritet olan mövzularda həftədə bir dəfə olmaqla 12 televiziya proqramı və 6 sosial videoçarx yayımlanmaqdadır.

“Müsabiqə çərçivəsində hazırlanmış müvafiq audiovizual məhsullar auditoriya tərəfindən maraqla qarşılanıb, bununla yanaşı, müxtəlif qurumlar və ictimaiyyət tərəfindən sosial videoçarxlar yüksək qiymətləndirilib, onların maarifləndirici mahiyyəti xüsusilə vurğulanıb.

Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın birgə tərəfdaşlığı ilə icra olunan layihənin məqsədi yeni media mühitində auditoriya yönümlü və hədəf kütlələrə hesablanmış məzmun istehsalı və yayımının təşviqi, müvafiq sahədə yaradıcılığın və peşəkarlığın dəstəklənməsi, yüksək keyfiyyətli istehsalla bağlı əlverişli ekosistemin formalaşdırılması, müxtəlif istiqamətlər üzrə məlumatların ictimaiyyətə effektiv şəkildə çatdırılmasıdır.

Məlumdur ki, dövlət sifarişi ilə maliyyələşdirilən layihələr daha ciddi texniki və peşəkar meyarlara cavab verir. Bu da həm istehsal keyfiyyətini, həm də məzmunun dərinliyini və aktuallığını artırır. Nəticədə, tamaşaçılara daha maraqlı və informativ məhsullar təqdim olunur.

Həmçinin, bu növ müsabiqələr müxtəlif sosial, mədəni, tarixi və təhsil yönümlü mövzuların işıqlandırılmasına imkan yaradır, daha əvvəl kommersiya baxımından riskli sayılan mövzulara müraciət təşviq olunur, beləliklə, ümumi kontent xəritəsi zənginləşir. Hazırlanan məhsullarda milli-mənəvi dəyərlər, dövlətçilik ideyası, mədəni irs və Azərbaycan dilinin təbliği ön planda olur və bu ictimai maarifləndirməyə, milli kimliyin möhkəmləndirilməsinə töhfə verir.

Bütün bu nüanslar nəzərə alındıqda, əminik ki, növbəti dəfə icrasına başlanan layihə qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması baxımından özünü doğrultmağa davam edəcək və silsilə xarakter daşıyacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO