“Dəqiqləşdirmə prosesi nəticəsində ölkə üzrə seçicilərin vahid siyahısına 6 milyon 302 min 93 seçicinin adı daxil edilib. Onların 47,57 faizi kişi, 52,43 faizi isə qadınlardır. Ən çox seçici 30-40 yaş aralığındadır”.
Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov (MSK) MSK-nın mayın 26-da keçirilən iclasında açıqlayıb.
O bildirib ki, ən yaşlı qadın seçicinin - Tamam Əzizovanın 135 yaşı var. Ən yaşlı kişi seçici isə 105 yaşlı Fərrux Hacıyevdir.
Məzahir Pənahov əlavə edib ki, 212 nəfər yaşı 100-dən çox olan seçici var. Bu il 28 min 390 nəfər səsvermə hüququ qazanıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:50 / 26.05.2025
Azərbaycanda ən yaşlı seçicinin 135 yaşı var – RƏSMİ
Hazırda oxunan: Azərbaycanda ən yaşlı seçicinin 135 yaşı var – RƏSMİ
Hazırda oxunan: Azərbaycanda ən yaşlı seçicinin 135 yaşı var – RƏSMİ
251416
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.