Coşqun Rəhimov ilk dəfə xanımından DANIŞDI: "Məni qısqanır"

Coşqun Rəhimov ilk dəfə xanımından DANIŞDI: "Məni qısqanır"

Hazırda oxunan: Coşqun Rəhimov ilk dəfə xanımından DANIŞDI: "Məni qısqanır"

251403

Əməkdar artist Coşqun Rəhimov "Günaydın, Azərbaycan" verilişində qonaq olub.

Bizim.Media xəbər verir ki, C.Rəhimov ilk dəfə həyat yoldaşından danışıb:
 

"İnsanın ən yaxın dostu ailəsidir. İki övladım, iki də nəvəm var. Heç biri mənim yolumu getməyib. Amma çox istedadlı uşaqlardırlar. Həyat yoldaşımı özüm görüb bəyəndim. Onun da məndə ürəyi var imiş. Sonra tanışlıq, elçilik oldu.


Məndə çox yaralar var, amma onlar mənlə gedəcək. Ayaqda durmağımın səbəbi övladlarımdır. Səhhətim yaxşıdır. Həyat yoldaşım məni qısqanır. Bu, gözəl bir şeydir. Bu, sevginin bitməməyi deməkdir. Amma bir-birimizə güvənimiz tamdır".

Aktyor müsahibə əsnasında anasından söz açaraq kövrəlib:

"Ümumiyyətlə keçmişlə yaşamıram. Dünənki günümü sevmişəm. Sabahkı günümü fikirləşmişəm. Dünənki gün bitib. Onun haqqında düşünüm, o haqda beynimi yükləyim, elə bir şey yoxdur. Anamın dünyasını dəyişdiyi günün olmamağını istəyərdim. Anamız bizim dünyamızdır. O gedəndən sonra çox boşluq oldu. Yuxumda da görmürəm. Həyat yoldaşımla gedib onun qəbrini ziyarət edirəm. Amma gedəni qaytarmaq olmur, yeri çox bilinir". (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO