Fikrət Qocanın ən sevilən şeirləri səsləndirildi – FOTO

Fikrət Qocanın ən sevilən şeirləri səsləndirildi – FOTO

Hazırda oxunan: Fikrət Qocanın ən sevilən şeirləri səsləndirildi – FOTO

251352

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 3-cü günündə  Azərbaycanın tanınmış şair Fikrət Qocaya həsr olunmuş “Fikrət Qoca – 90” mövzusunda tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən AMEA-NIN prezidenti akademik İsa Həbibbəyli, filologiya elmləri doktorları Vaqif Yusifli, Yaşar Qasımbəyli, filologiya üzrə fəlsəfə doktoru Güldəniz Qocayeva Fikrət Qocanın Azərbaycan poeziyasına verdiyi töhfələrdən, onun 60-cı illərdə ədəbiyyata gətirdiyi yeniliklərdən bəhs ediblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Seyid Əzim Şirvaniyə həsr olunan panel müzakirə - FOTO


Bildirilib ki, F.Qoca Azərbaycanda şeirlərinə ən çox mahnı bəstələnən şairlərdəndir. Onun şeirlərinə yazılmış mahnılar uşaqdan-böyüyə hər kəsin dilindədir. F.Qoca poeziyası həm də dünyəvidir, o, zaman-zaman dünyada baş verən prosesləri ən yüksək və təsirli şəkildə oxuculara ötürməyi bacarırdı. 

Panel Filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayevanın moderatorluğu ilə baş tutub.

Tədbirdə Fikrət Qocanın ən sevilən şeirləri səsləndirilib. 

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub. 

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.




















Şəfiqə Şəfa, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO