"Məhərrəmlikdə toy etməzlər" adətinə ilahiyyatçıdan REAKSİYA – “Farsların ağlaşma mədəniyyətidir”

"Məhərrəmlikdə toy etməzlər" adətinə ilahiyyatçıdan REAKSİYA – “Farsların ağlaşma mədəniyyətidir”

Hazırda oxunan: "Məhərrəmlikdə toy etməzlər" adətinə ilahiyyatçıdan REAKSİYA – “Farsların ağlaşma mədəniyyətidir”

251294

“Qurani-Kərimdə və Peyğəmbər sünnəsində Məhərrəm ayının matəm ayı olması ilə bağlı heç bir əmr və ya tövsiyə yoxdu”r.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında İlahiyyatçı Tural İrfan bildirib.

O, bu adətin fars siyasi ideologiyasının təsiri ilə formalaşdığını deyib:

“İslamda matəm üç gündür. Ondan sonra yas tutmaq haramdır. İmam Hüseynin şəhidliyi ilə bağlı keçirilən mərasimlər sonradan formalaşan siyasi addımlardır. Əslində bu, farsların Sasani dövründən qalma ağlaşma mədəniyyətinin davamıdır.”

İlahiyyatçı əlavə edib ki, bu adət Azərbaycana Səfəvilər dövründə gətirilib və zamanla dini yox, siyasi vasitəyə çevrilib:

“Bu mərasimlər məzhəbçilik və təəssübkeşlik üzərində qurulub. İmam Hüseyn üçün yas saxlamaq adı ilə insanlar aldanır, nəzir biznesi inkişaf edir, İslam isə təhrif olunur”, - deyə o bildirib.

Tural İrfanın fikrincə, əgər insanlar həqiqi İslamı yaşamaq istəyirlərsə, Qurana əsaslanmalı və xurafatdan uzaq durmalıdırlar:

“Cənnətlik şəhid üçün əsrlərlə matəm tutmaq inancımıza ziddir. Bu ayda toy, nişan, xeyir işlər dini baxımdan tamamilə icazəlidir”, - deyə ilahiyyatçı diqqətə çatdırıb.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO