“Bədbəxtlər nə istəyirlər?” – Röya üçün birləşdilər

“Bədbəxtlər nə istəyirlər?” – Röya üçün birləşdilər

Hazırda oxunan: “Bədbəxtlər nə istəyirlər?” – Röya üçün birləşdilər

251224

Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxanın 78-ci Kann film festivalında Azərbaycanı təmsil etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Bizim.Media globalinfo.az-a istinadən xəbər verir ki, bir sıra tanınmış şəxslər müğənniyə dəstək olub.
 

Bununla bağlı ifaçı özü paylaşım edib.


Aparıcı Kəmalə Piriyeva bildirib ki, başqasının adına sevinməyi öyrənəndə Kann festivalına film də göndərəcəyik: “Kino kollektiv sənətdir, işləməyi, birlik olmağı, dəstək göstərməyi bacaranda kinomuzla da təmsil olunacağıq”.

Müğənni Rəqsanə İsmayılova da həmkarının yanında olub: “Hər birimizin fəxrisən. Əsas odur ki, sən orda idin, Azərbaycanı təmsil edirdin. Bu bədbəxtlər görəsən, nə istəyirlər?”

Müğənni Türkan Vəlizadə Röyanın görüntülərini paylaşaraq, onların bir tarix olduğunu vurğulayıb: “Nə yaxşı, bizim Röyamız var”.

Xalq artistinə dəstək olanlar sırasında müğənni Nəzakət Teymurova, Xəyyam Nisanov, bəstəkar-müğənni Murad Arif, aktyor Kamran Ağabalayev və sair də yer alıb.

Qeyd edək ki, Röya Ayxan tədbirə 100 ən uğurlu şəxs arasında Azərbaycan Musiqisinin Mədəniyyət Səfiri qismində qatılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO