Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Hazırda oxunan: Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

251105

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

 

"Azərbaycanın bankçılıq missiyasının ABŞ-yə geniş tərkibdə ilk işgüzar səfəri çərçivəsində bir sıra dövlət rəsmiləri ilə görüşlərimiz davam edir. ABŞ-nin Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi Arun Venkataraman ilə görüşdük. Görüşdə ölkələrimiz arasında mövcud olan iqtisadi əlaqələrin daha da genişləndirilməsi, eləcə də maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanlarına dair fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO