Qidalanmada doymuş yağlar və transyağların istifadəsi, xüsusilə marqarin, şirniyyatlar, fastfud və çipslər dəri problemlərinə, sızanaqların yaranmasına səbəb ola bilər.
Bizim.Media xəbər verir ki, bu barədə dermatoveneroloq və kosmetoloq Amina Əhmədova “Gazeta.Ru”ya açıqlamasında bildirib.
Düzgün qidalanma dəriyə necə təsir edir?
Həkimin sözlərinə görə, düzgün qidalanma dəri sağlamlığına birbaşa müsbət təsir göstərir. Elmi araşdırmalar qidalanma ilə iltihabi proseslərin azalması arasında əlaqənin olduğunu sübut edib.
“Rasiona omega-3 yağ turşuları ilə zəngin məhsullar qida rasionuna daxil edilməlidir. Bunlara balıq, dəniz məhsulları, kətan yağı və qoz-fındıq daxildir. Eyni zamanda A, D, B12 vitaminləri və sink kimi mikroelementlərlə zəngin qidalar da faydalıdır. Rasionda tərəvəzlərin payı da artırılmalıdır. Qidalanma rejimi müntəzəm və balanslı olmalıdır”, – deyə Əhmədova qeyd edib.
Dəri vəziyyətinin yaxşılaşdırılması üçün həkim həmçinin siqaret və alkoqoldan imtina etməyi tövsiyə edib.
Bizim.Media