Çin alimlərindən İNQİLABİ KƏŞF – Tam qaranlıqda belə görmək mümkün OLACAQ

Çin alimlərindən İNQİLABİ KƏŞF – Tam qaranlıqda belə görmək mümkün OLACAQ

Hazırda oxunan: Çin alimlərindən İNQİLABİ KƏŞF – Tam qaranlıqda belə görmək mümkün OLACAQ

251078

Çində gecə görməni təmin edən kontakt linzalar hazırlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
 

Belə ki, Çindən olan bir qrup alim insana əlavə avadanlıqdan istifadə etmədən qaranlıqda görmə imkanı verən innovativ kontakt linzalar hazırlayıb.


Qurğu kontakt linzanın nazik polimer təbəqəsinə daxil edilmiş xüsusi nanohissəciklər əsasında işləyir. Bu hissəciklər infraqırmızı şüaları udur və onu görünən işığa çevirir. Beləliklə, insan tam qaranlıqda belə infraqırmızı işığı yayan və ya əks etdirən obyektləri ayırd edə bilir.

Təcrübələr zamanı belə linzaları taxan könüllülər infraqırmızı diapazonda yanıb-sönən siqnalları görə və ayırd edə biliblər.

Məlumata görə, hazırda linzalar yalnız süni infraqırmızı işıq mənbələri ilə işləyir. Bununla belə, tədqiqatçılar cisimlərin və canlıların təbii istilik radiasiyasını qavramağı mümkün etmək üçün cihazın həssaslığını artırmaq üzərində işləməkdə davam edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO