Jalə Rzabəylinin əsərləri IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında nümayiş OLUNDU – FOTO

Jalə Rzabəylinin əsərləri IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında nümayiş OLUNDU – FOTO

Hazırda oxunan: Jalə Rzabəylinin əsərləri IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında nümayiş OLUNDU – FOTO

251071

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında şair "Sport Time" jurnalının redaktoru Jalə Rzabəylinin imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, şairin kitabları oxucular tərəfindən maraqla qarşılanıb.
 

MÖVZU İLƏ BAĞLI:

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Gülər Eldarqızının İMZA GÜNÜ – FOTO


Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü və prezident təqaüdçüsü olan Jalə Rzabəyli "40 yaşdan sonrakı qadın" "Yol ver, dağlar" "Qızlar üçün kitab" kitablarının müəllifidir.

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.











Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO