20-ci əsrin ən nüfuzlu siyasi liderlərindən biri sayılan İosif Stalin təkcə sərt idarəçiliyi ilə deyil, həm də Gürcü mətbəxinə olan sevgisi ilə yadda qalıb.
Bizim.Media xəbər verir ki, gürcü əsilli lider gurman olmasa da, vətəninin dadlarına qarşı xüsusi simpatiyası olub.
Stalinin ən çox sevdiyi yeməklərdən biri “Ocaxuri” — ətlə qızardılmış kartof idi.
Bu yeməyin dad sirri isə ətin bişməzdən əvvəl xüsusi hazırlanması və ədviyyatlarla marinadlanmasında idi. O, həmçinin “Çanaxi” adlı güveç yeməyini də çox sevərmiş və onun fərqli versiyasını “Araqvi” adlandıraraq restoran menyusuna daxil etdirib.
Stalinə Gürcüstandan mütəmadi olaraq sevimli restoranı “Araqvi”yə xüsusi məhsullar göndərilirdi: xaçapuri üçün un, tkemalı və satsebeli sousları, təzə göyərti, şərab, konyak və hətta mineral su.
Baş katibin başqa bir sevdiyi yemək isə “Quruli” adlanırdı — qoz, ədviyyat və quru qırmızı şərab sousunda bişirilmiş toyuq.
Bu yemək Stalinə zərif dadı və ətirli aroması ilə xüsusi zövq verirdi.
Tarixçilərin fikrincə, Stalinin süfrəsindəki bu dadlar onun Gürcüstana olan bağlılığını və şəxsi zövqlərini aydın şəkildə əks etdirir. (News24.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:52 / 24.05.2025
Stalin hər zaman bunu yeyirdi: Evdə bişirə biləcəyiniz həmin YEMƏK
Hazırda oxunan: Stalin hər zaman bunu yeyirdi: Evdə bişirə biləcəyiniz həmin YEMƏK
Hazırda oxunan: Stalin hər zaman bunu yeyirdi: Evdə bişirə biləcəyiniz həmin YEMƏK
251032
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.