Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı GENİŞLƏNDİRİLİR - FOTO

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı GENİŞLƏNDİRİLİR - FOTO

Hazırda oxunan: Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı GENİŞLƏNDİRİLİR - FOTO

250975

Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Quru Qoşunlarının 1-ci Ordu komandiri ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə Türkiyə ilə hərbi sahədə əməkdaşlığın cari vəziyyətinə və gələcəkdə daha da genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər hər iki qardaş ölkənin hərbi qulluqçularının bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə müasir texnoloji yeniliklərin tətbiqi ilə keçirilən birgə təlimlərin əhəmiyyətini xüsusi vurğulayıb və maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

Türkiyə nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində, həmçinin Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun Hərb Oyunları Mərkəzini ziyarət edib.

Mərkəzdə təşkil edilən görüşdə brifinqlər təqdim olunub və qarşılıqlı təcrübə mübadiləsi məqsədilə geniş müzakirələr aparılıb.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO