Sabirabad rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı bir nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Sabirabad-Şirvan yolunun Şıxsalahlı kəndindən keçən hissəsində qeydə alınıb.
Ağaqulu Əlisa oğlu Zeynalovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil və Eldar İsrafil oğlu Babayevin sükan arxasında olduğu “Opel” markalı minik maşını toqquşub.
Hadisə zamanı “VAZ” markalı avtomobildə olan sərnişin Əlikram Mahir oğlu Abdullayev ölüb. Hər iki sürücü və “Opel” maşınında olan iki nəfər sərnişin xəsarət alıb. Yaralılar Sabirabad rayon və Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:12 / 22.05.2025
Sabirabadda yol qəzası olub, ölən və yaralılar var - FOTO
Hazırda oxunan: Sabirabadda yol qəzası olub, ölən və yaralılar var - FOTO
Hazırda oxunan: Sabirabadda yol qəzası olub, ölən və yaralılar var - FOTO
250820
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.