Astara rayonunun Asxanakəran kəndində baş verən hadisə zamanı 64 yaşlı kənd sakini ağır xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1961-ci il təvəllüdlü Tofiq Hacıhəsən oğlu Hüseynov mal-qaranı meşədən gətirərkən qəfildən onun üzərinə ağac aşıb.
Hadisə nəticəsində kişi müxtəlif dərəcəli bədən xəsarətləri alıb və dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkim müayinəsi zamanı Hüseynovun qulağında kəsik aşkarlanıb və ona ilkin tibbi yardım göstərilib. Hazırda o, müalicəsini xəstəxananın aidiyyəti şöbəsində davam etdirir.
Sabutay, Bizim.Media, Cənub bürosu