Biləsuvarda 37 yaşlı kişinin meyiti TAPILDI

Biləsuvarda 37 yaşlı kişinin meyiti TAPILDI

Hazırda oxunan: Biləsuvarda 37 yaşlı kişinin meyiti TAPILDI

250589

Biləsuvar rayonunun Zəhmətabad kəndində 1988-ci il təvəllüdlü Elvin İsrafil oğlu Əmirovun meyiti aşkar edilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, onun cəsədi yaşadığı evin həyətyanı sahəsində tapılıb.

İlkin ehtimallara əsasən, Elvin Əmirovun intihar etdiyi bildirilir.
 

Məlumata görə, o, uzun müddət Bakı şəhərində usta kimi fəaliyyət göstərib və iki gün əvvəl kəndə, ailəsinin yanına qayıdıb. Hadisənin səbəbləri isə hazırda məlum deyil.


Qeyd edək ki, mərhum iki uşaq atası idi.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO