Sosial müavinət və təqaüdlərlə bağlı ŞAD XƏBƏR

Sosial müavinət və təqaüdlərlə bağlı ŞAD XƏBƏR

Hazırda oxunan: Sosial müavinət və təqaüdlərlə bağlı ŞAD XƏBƏR

250547

"Sosial paketin növbəti elementi sosial müavinətlərin və təqaüdlərin artırılmasının nəzərdə tutulmasıdır. Sosial paket bütövlükdə 3 milyon vətəndaşımızı əhatə edəcək”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.
 

Onun sözlərinə görə, bu istiqamətə əlavə olaraq 1,6 milyard manat vəsait ayırlacaq.


“Bu baxımdan, sosial paketin hər bir elementinin ayrı-ayrılıqda fiskal qiymətləndirilməsi həyata keçirilir, daha sonra bu istiqamətdə qərarlar verilir.

Cənab Prezident tərəfindən imzalanmış 23 dekabr 2024-cü il tarixli sərəncamda Nazirlər Kabinetinə 3 ay müddətində sosial müavinətlər, təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılmışdı. Gözləntimiz ondan ibarətdir ki, bu istiqamətdə maliyyə qiymətləndirilməsi başa çatdıqdan sonra sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı qərarın verilməsi mümkün olacaq",- deyə o qeyd edib.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO