Fahişəliyə cəlb olunan qadınlarla bağlı QORXUNC STATİSTİKA

Fahişəliyə cəlb olunan qadınlarla bağlı QORXUNC STATİSTİKA

Hazırda oxunan: Fahişəliyə cəlb olunan qadınlarla bağlı QORXUNC STATİSTİKA

250485

2024-cü ildə qadını nikaha daxil olmağa məcbur etmə ilə bağlı cinayət qeydə alınmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.
 

Bildirilib ki, ötən il qadınlarla bağlı 6778, o cümlədən zorakılıqla müşayiət olunan 2427 cinayət qeydə alınıb. Qısqanclıq, ailə münaqişəsi və məişət zəminli cinayətlərin sayı 1217, o cümlədən, qadının cinsi toxunulmazlığı əleyhinə törədilmiş cinayətlərin sayı 171 fakt olub. Qadınlara qarşı törədilmiş cinayətlərlə bağlı 4468 şəxs müəyyən edilərək onlardan 2745-i (61,4%-i) məsuliyyətə cəlb olunub.


Vurğulanıb ki, 2024-cü ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 162 insan alveri cinayəti qeydə alınıb. Cinayətlərdən zərər çəkmiş 91 qurbandan 90-ı qadın olub.

Bundan başqa, 52 özünü öldürmə həddinə çatdırma cinayəti qeydə alınıb, intihar etmiş şəxslərdən 35-i qadın 17-i kişi olub.

Qadınların fahişəliyə cəlb olunması ilə bağlı qeydə alınmış 70 cinayət faktı üzrə 71 qadın zərərçəkmiş qismində tanınıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8678 cinayət faktı aşkarlanıb. Həmin cinayətləri törətmiş 7193 şəxsin 96,9%-ni (6.970-i) kişilər, 3,1%-ni (223-ü) qadınlar təşkil edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO