Azərbaycanda 1644 bağça müdirindən yalnız 1-i kişidir

Azərbaycanda 1644 bağça müdirindən yalnız 1-i kişidir

Hazırda oxunan: Azərbaycanda 1644 bağça müdirindən yalnız 1-i kişidir

250377

2023-2024-cü illər ərzində Azərbaycanda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində ümumilikdə 1644 nəfər müdir vəzifəsində çalışıb.

Bizim.Media xəbər verir ki, bu vəzifəni icra edən şəxslərdən 1643-ü qadın, 1-i isə kişi olub.

Bu məlumat onu göstərir ki, məktəbəqədər təhsil müəssisələrinin rəhbər heyətində qadınların təmsilçiliyi üstünlük təşkil edir. Yaranmış vəziyyət peşə seçimi meylləri, sosial təsəvvürlər və təhsil sahəsində formalaşmış ənənələrlə izah olunur.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə uşaq bağçaları, inkişaf mərkəzləri və digər erkən təhsil müəssisələri daxildir. Bu müəssisələrdə rəhbərliklə yanaşı, pedaqoji heyət də əsasən qadınlardan ibarətdir. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO