2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana ümumilikdə 616 milyon 137 min dollar dəyərində 33 767 ədəd avtomobil idxal olunub.
Bu barədə Bizim.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 21.3% və ya 5 929 ədəd, dəyəri isə 22.6% və ya 113.5 milyon dollar artıb. 2024-cü ilin müvafiq dövründə Azərbaycana 502 milyon 620 min dollar dəyərində 27 838 ədəd avtomobil idxal edilib.
Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 39.8% və ya 403 ədəd avtomobil azalaraq 609 ədəd təşkil edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:53 / 20.05.2025
Bu il Azərbaycana gətirilən avtomobillərin SAYI AÇIQLANDI
Hazırda oxunan: Bu il Azərbaycana gətirilən avtomobillərin SAYI AÇIQLANDI
Hazırda oxunan: Bu il Azərbaycana gətirilən avtomobillərin SAYI AÇIQLANDI
250265
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.