Lion “Olimpik”inin futbolçusu Aleksandr Lyakazettin evi oyun zamanı qarət edilib.
Bizim.Media xəbər verir ki, “Le Progres”ə istinadən xəbər verir ki, hadisə ölkə çempionatının 34-cü turunda baş tutan “Olimpik” – “Anje” (2:0) matçı zamanı yaşanıb.
Görüş başlayandan təxminən yarım saat sonra iki naməlum şəxs futbolçunun evinə daxil olub. Oğrular seyfi sındıraraq qızıl-zinət əşyaları, bahalı dəri aksesuarları və pul oğurlayıblar.
Ümumi zərərin 10 min avrodan çox olduğu bildirilir. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Lyakazett Lion klubunun yetirməsidir.
2017-ci ildə “Arsenal”a (İngiltərə) transfer olunan futbolçu burada keçirdiyi 5 mövsümdən sonra geri qayıdıb.
Rəşad Rafiqoğlu, Bizim.Media