Putinin Baydenlə görüşəcəyi otağın FOTOSU yayıldı

Putinin Baydenlə görüşəcəyi otağın FOTOSU yayıldı

Hazırda oxunan: Putinin Baydenlə görüşəcəyi otağın FOTOSU yayıldı

25018

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Baydenin görüşü Cenevrədəki “Villa La Grange”in kitabxanasında baş tutacaq. Həmin otağın şəkli Rusiya Xarici İşlər Nazirliyi tərəfindən “Facebook”da yayımlanıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumat “rbc.ru” saytında yer alıb.

"Hər şey danışıqlara hazırdır: Bax burada Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden söhbət edəcəklər" nazirliyin açıqlamasında deyilir.
 

MÖVZU İLƏ BAĞLI:

Putin Ukraynanın NATO-ya üzv olmasını əngəlləyə biləcəkmi? – BAYDENLƏ GÖRÜŞ GƏRGİN OLACAQ


Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov fasiləni nəzərə alaraq iclasın 4-5 saat davam edəcəyini söyləmişdi. Görüş üç hissədən ibarət olacaq: təkbətək və geniş tərkibdə söhbətlər, qəhvə fasiləsindən sonra danışıqların davamı.

Oxşar məlumatlar Ağ Evin mətbuat xidməti tərəfindən verilib. Bayden bundan öncə İsveçrə Prezidenti Qi Parmelenlə görüşəcək və sonra Kremlin sahibi ilə danışıqlara gedəcək.

Ağ Ev görüşün Bakı vaxtı ilə saat 18: 40-da bitəcəyini və Baydenin Vaşinqtona gedəcəyini gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO