ABŞ prezidenti Co Bayden Ukraynanın NATO-ya qoşulma ehtimalını qəbul edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yayıb.
"Ukrayna ilə bağlı eşitdik ki, Prezident Bayden fərziyyə olaraq Ukraynanın NATO-ya üzv olma ehtimalına icazə verib”, deyə o, qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Bayden Putinlə görüş öncəsi avropalılardan NƏ İSTƏYİB? - TƏFƏRRÜAT
Peskov bildirib ki, bu cür bəyanatlar əvvəllər ABŞ tərəfindən edilməyib, çünki Rusiya Federasiyası buna "ciddi şəkildə" diqqət yetirərdi. Putin lazım gələrsə, Baydenə bu mövzuda Moskvanın mövqeyini tam açıqlayacaq”.
"Putin Rusiya Federasiyası üçün qırmızı xətlərin ifadə edilməsində hər zaman açıq olub, xüsusən də bu gün qarşıda belə çətin vəziyyət yaranıb”, deyə o, əlavə edib.
Rusiya və ABŞ prezidentlərinin görüşü bu gün, 16 iyun tarixində keçiriləcək. Vladimir Putin artıq bir həftəni Avropada keçirən Co Baydendən fərqli olaraq Cenevrədə bir gün olacaq və görüşlərdən dərhal sonra Rusiyaya qayıdacaq.
Xatırladaq ki, Ağ Evin sahibi Böyük Britaniyada G7 zirvəsinə qatılıb, Kraliça II Yelizaveta ilə görüşüb.
Rusiya tərəfinin proqnozlarına görə, Putinlə Baydenin danışıqları təxminən 4-5 saat davam edəcək. Bakı vaxtı ilə saat 15: 00-a başlayacağı deyilir.
Bizim.Media