Putin telefon zəngi ərəfəsində Trampın qətiyyətini dronlarla sınayır - “The Times”

Putin telefon zəngi ərəfəsində Trampın qətiyyətini dronlarla sınayır - “The Times”

Hazırda oxunan: Putin telefon zəngi ərəfəsində Trampın qətiyyətini dronlarla sınayır - “The Times”

250149

Vladimir Putin telefon danışığından əvvəl ABŞ-ın Ukraynada sülh yaratmaq qətiyyətini yoxlamaq məqsədi ilə bütün genişmiqyaslı müdaxilədən bəri ən kütləvi dron hücumunu həyata keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Times” nəşri yazıb.

Gözlənilir ki, bazar ertəsi Tramp atəşkəs tələb edəcək və sülhün uzanmasının mümkün nəticələri barədə xəbərdarlıq edəcək. 

Kremlə gərginlik fonunda Ağ Evin sahibi, həmçinin Vladimir Zelenski və Aİ liderləri ilə də danışıq aparacaq.
 

Tramp müharibə əməliyyatlarının dərhal dayandırılmasını tələb edəcək və Vaşinqtonun Rusiyanın güc balansını pozmasına qarşı göz yummayacağına dair xəbərdarlıq edəcək.


Yeri gəlmişkən, Makron da daxil olmaqla bir sıra Avropa liderləri Putinə təzyiq göstərir. 

Fransa Prezidenti bildirib ki, Putin sülh niyyətini göstərməli, 30 günlük şərtsiz atəşkəsi qəbul etməlidir.

Buna baxmayaraq, Kremlin nümayəndələri döyüş əməliyyatlarının davam etdirilməyə hazır olduğunu bildirirlər.

“2022-ci ildə başlanan işi lazımı nəticə əldə edilənədək tamamlamaq üçün kifayət qədər qüvvəmiz və resurslarımız var,” – Putin bəyan edib.

Ukrayna Hərbi-Hava Qüvvələrinin məlumatına görə, Rusiya son 24 saat ərzində ölkəyə 273 dron zərbəsi endirib. Kiyev yaxınlığında 28 yaşlı bir qadın həlak olub.

“Bu, 2022-ci ildəki genişmiqyaslı işğaldan bəri ən böyük dron dalğası idi,” – Hərbi-Hava Qüvvələri bildirib.

ABŞ diplomatı Stiv Uitkoff da daxil olmaqla bir neçə rəsmi Trampın yanaşmasını dəstəkləyib:

“Prezident qətiyyətlidir. Əgər o, bunu bacarmasa, heç kim bacarmayacaq.”
 

Əlavə gərginlik Makron ilə İtaliya Baş Naziri Giorgia Meloni arasında da müşahidə olunub. Meloni Makronun çağırdığı sülh danışıqlarında iştirak etməyərək onu Qərbin birliyini sarsıtmaqda ittiham edib.


“Belə həssas dövrdə şəxsi mübahisələri bir kənara qoymaq, bu birliyə zərbə vuracaq hər hansı ixtilafı təxirə salmaq vacibdir,” – Meloni bildirib.

Makron isə sərt cavab verib:

“Biz qoşun göndərməkdən yox, Ukraynada atəşkəsdən danışırıq. Yalan məlumat yaymaqdan çəkinək: rus tərəfdən belə məlumat kifayət qədərdir.”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO