Qaraciyəri tərtəmiz edən MÖCÜZƏVİ QARIŞIM – Cəmi 1 dəfə içmək kifayətdir!

Qaraciyəri tərtəmiz edən MÖCÜZƏVİ QARIŞIM – Cəmi 1 dəfə içmək kifayətdir!

Hazırda oxunan: Qaraciyəri tərtəmiz edən MÖCÜZƏVİ QARIŞIM – Cəmi 1 dəfə içmək kifayətdir!

250053

Müasir həyat tərzi, fast-food qidalar, dərman istifadəsi və stress bədənimizə, xüsusilə də qaraciyərimizə böyük zərər vurur.

Bizim.Media xəbər verir ki, bədənin təmizləyici “filtri” olan qaraciyər sağlam olmadıqda, dəridə səpkilər, halsızlıq, həzm pozğunluğu və immun sisteminin zəifləməsi kimi bir çox problemlə qarşılaşırıq.

Lakin bu orqanı təbii yollarla təmizləmək və gücləndirmək mümkündür. Bunun üçün sadə, amma son dərəcə təsirli bir qarışım təqdim edirik:

Tərkibi:

1 yemək qaşığı təzə limon suyu

1 çay qaşığı zeytun yağı (soyuq sıxım)

1/3 çay qaşığı sarıkök tozu (və ya bir dilim təzə sarıkök)

Bir çimdik qara istiot

İstəyə görə: 1 çay qaşığı bal (əgər mədə turşuluğunuz yoxdursa)

Hazırlanması:

Bütün ərzaqları bir stəkanda qarışdırın.

İlıq su (təxminən yarım stəkan) əlavə edib yaxşıca qarışdırın.

Qarışımı səhər acqarına, yeməkdən 20-30 dəqiqə əvvəl için.

Bu möcüzəvi qarışım qaraciyəri toksinlərdən təmizləyir, iltihabı azaldır, yağlanmanın qarşısını alır və bədənin ümumi enerjisini artırır. Limon qaraciyərin detoks prosesini gücləndirir, zeytun yağı öd axınını tənzimləyir, sarıkök isə güclü iltihabəleyhinə təsir göstərir. Qara istiot zerdeçalın təsirini qat-qat artırır.

Bu qarışımı gündə sadəcə 1 dəfə qəbul etməklə özünüzü daha yüngül, sağlam və enerjili hiss edəcəksiniz.

Əgər qaraciyərlə bağlı ciddi bir xəstəliyiniz varsa və ya hər hansı dərman qəbul edirsinizsə, bu qarışımı qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Hamilə qadınlar və mədə-bağırsaq problemləri olanlar da diqqətli olmalıdır. (Musavat.com) 

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO