Xaçmaz meşəsində narkotik əkənlər saxlanıldı - VİDEO

Xaçmaz meşəsində narkotik əkənlər saxlanıldı - VİDEO

Hazırda oxunan: Xaçmaz meşəsində narkotik əkənlər saxlanıldı - VİDEO

25005

Narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinnin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, şöbəyə rayonun Xaspoladoba kəndi ərazisində meşə massivində külli miqdarda narkotik tərkibli çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal xüsusi texniki vasitələrin köməkliyi ilə əməliyyat nəzarətinə götürülüb.
 

MÖVZU İLƏ BAĞLI:

Polis Xızıda əməliyyat keçirdi - Saxlanılan var - FOTO


Həyata keçirilən uğurlu əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Xaçmaz rayon sakinləri Cavad Mütəllimov və Zaur Mustafayev iş başındaca, yəni çətənə kollarına qulluq edən zaman saxlanılıblar.

Onların çətənə kollarını əkdiyi sahəyə baxış zamanı 100-ə yaxın narkotik tərkibli çətənə bitkisi aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduqlarını etiraf ediblər

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Cavad Mütəllimov və Zaur Mustafayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. Onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO