Türki dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin bu il anadan olmasının 100 illliyi dövlət səviyyəsində qeyd olunur.
Bizim.Media-nın yerıi bürosu xəbər verir ki, konfransdan əvvəl Türk dövlətləri səfirlərinin bir qrupu şairin şəhərin Yuxarı baş məhəlləsindəki ev-muzeyini ziyarət eidb, burada yaradılan şərait və muzeyin eksponatları ilə tanış olublar.
Daha sonra AMEA və Mahmud Kaşqari Beynəlxalq Fondunun birgə təşkilatçılığı ilə Türk dövlətlərinin səfirləri, AMEA, TÜRKPA, Türk Mədəni İrsi Fondu, TÜRKSOY, M.Kaşqari Fondunun və Azərbaycanın Milli Məclisinin deputatlarının iştirakı ilə türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə konfrans keçirilib.
Çıxış və məruzələrdə B. Vahabzadə yaradıcılığından bəhs edilib, Türk dünyası qarşısında xidmətlərindən bəhs olunub, eyni zamanda ictimai-siyası həyatdakı fəaliyyətindən danışılıb.
Konfrans ədəbi-bədii proqramla davam edib.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu