Azərbaycanla İran arasındakı münasibətlər yeni bir inkişaf mərhələsinə qədəm qoyub.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tasnim”ə müsahibəsində söyləyib.
“Hesab edirəm ki, Azərbaycanla İran arasındakı münasibətlər yeni bir inkişaf mərhələsinə qədəm qoyub”, – o söyləyib.
Prezidenti köməkçisi münasibətlərin inkişafının əsas amillərini də açıqlayıb: “İran İslam Respublikasının hörmətli Prezidenti ağaye Pezeşkianın Azərbaycan Respublikasına rəsmi səfərindən sonra hörmətli Prezidentimiz cənab İlham Əliyev və onların baş-başa, birlikdə apardığı müzakirələr, nümayəndə heyətləri səviyyəsində aparılmış müzakirələr İran – Azərbaycan əlaqələrinin inkişafına yeni bir təkan, yeni bir nəfəs verib. Bundan çıxış edərək, bizim İrandan olan həmkarlarımızla qarşımızda olan vəzifə ondan ibarətdir ki, bu əlaqələri daha da irəliyə doğru aparaq”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:35 / 18.05.2025
Hikmət Hacıyev “Tasnim” agentliyinə müsahibə verdi
Hazırda oxunan: Hikmət Hacıyev “Tasnim” agentliyinə müsahibə verdi
Hazırda oxunan: Hikmət Hacıyev “Tasnim” agentliyinə müsahibə verdi
249991
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.