Bayden Putinlə görüş öncəsi avropalılardan NƏ İSTƏYİB? - TƏFƏRRÜAT

Bayden Putinlə görüş öncəsi avropalılardan NƏ İSTƏYİB? - TƏFƏRRÜAT

Hazırda oxunan: Bayden Putinlə görüş öncəsi avropalılardan NƏ İSTƏYİB? - TƏFƏRRÜAT

24987

Bayden bir neçə gün ərzində G7 və NATO sammitlərinə qatılmağa fürsət tapdı. Bununla yanaşı qısa vaxt ərzində o, son 7 ildə birinci Avropa İttifaqı-ABŞ sammitinə də qatıldı.

Bizim.Media xəbər verir ki, bu günlər ərzində Baydenlə Conson arasında Atlantik xartiyası imzalanıb. Bununla da Böyük Britaniya və ABŞ insanlığın rifahı namninə, demokratiya üçün əməkdaşlığa razılaşıblar ki, burada kollektiv təhlükəsizlik və ədalətli ticarət də yer alıb.

Xatırladaq ki, iki ölkə arasında sonuncu belə sənəd 1941-ci ildə Çörçillə Ruzvelt arasında imzalanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Baydenlə Putinin bugünkü görüşünün vaxtı açıqlandı


Avropa Birliyi ilə ABŞ çoxillik “Boeing və Airbus” istehsalındakı mübahisələrinə son qoymağı qərara alıblar. Bununla yanaşı NATO ölkələri 2030-cu ilə qədər yeni strateji konsepsiya hazırlamaq qərarına gəliblər.

Şimal Alyansına üzv dövlətlər kibertəhlükəsizlikdə ümumi siyasət, kosmosda kollektiv müdfafiə və hərbi xərclərin bundan sonra da artırılmasında razılaşıblar. Həmçinin müdafiə texnologiya və innovasiyalarının tərəqisi üçün mexanizmin (DİANA) yaradılacağını deyiblər. 

Digər tərəfdən NATO Moskva ilə dialoqa hazır olduğunu bəyan edib. Dialoq Rusiya Şurası – NATO xəttilə başlanacaq ki, Çexiya və ABŞ-ın Kremlin “dost olmayan ölkələr” siyahısından çıxarılmasına çağırış edilib. 
 

Raket məsələlərinin də müzakirə olduğu Bayden səfərlərində ən maraqlı məsələ Si Cinpinin dövləti ilə bağlıdır. Belə ki, NATO Çinin bəzi davranışlarını qarşıdurma, toqquşmalara çağırış kimi qəbul edir. Nəticədə həm NATO, həm də Avropa Birliyi azad söz, demokratiya təminatı, dezinformnasiyalarla mübarizəni də müzakirə edib.


Bayden səfərlərinin bilinən yekunu isə COVİD-19 bəlasının yaranması, pandemiya ilə mübarizə və vaksinləşdirmə ilə bağlı oldu.

Xatırladaq ki, bu gün Cenevrədə ABŞ və Rusiya prezidentlərinin görüşü planlaşdırılıb. Artıq dünəndən etibarən Kremlin rəsmi heyəti Cenevrədədir. Rusiya Xarici işlər naziri Lavrov bir neçə hazıqlıq görüşləri keçirib. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO