Kamran Musayev: "20-yə yaxın mərkəzdə açıq ürək əməliyyatları uğurla icra olunur”

Kamran Musayev: "20-yə yaxın mərkəzdə açıq ürək əməliyyatları uğurla icra olunur”

Hazırda oxunan: Kamran Musayev: "20-yə yaxın mərkəzdə açıq ürək əməliyyatları uğurla icra olunur”

249846

“1990-cı illər Azərbaycan üçün ağır və sınaqlarla dolu dövr oldu. Həmin illərin çətinlikləri təkcə sosial-iqtisadi sahələrdə deyil, səhiyyə sistemində də özünü qabarıq şəkildə göstərirdi”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresində ürək-damar cərrahı Kamran Musayev bildirib:

Onun sözlərinə görə zaman keçdikcə ölkəmizdə tibb sahəsində mühüm irəliləyişlər baş verdi:

“2001-ci ildə Azərbaycanda ilk dəfə olaraq ürək-damar cərrahiyyəsi üzrə ixtisaslaşmış klinikanın fəaliyyətə başlaması bu sahədə dönüş nöqtəsi oldu. Bu addım ölkəmizdə ürək-damar xəstəliklərinin müalicəsində yeni imkanların yaradılmasına zəmin yaratdı. Bu gün artıq sevindirici haldır ki, Azərbaycanın müxtəlif bölgələrində — 20-yə yaxın mərkəzdə açıq ürək əməliyyatları uğurla həyata keçirilir. Cəmi 20-25 il ərzində belə bir inkişafın əldə olunması səhiyyəmizin dinamik inkişafından xəbər verir".

Tanınmış ürək-damar cərrahı onu da qeyd edib ki, bu irəliləyiş təkcə texniki avadanlıqların yenilənməsi ilə deyil, həm də yüksək ixtisaslı kadrların hazırlanması və beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi ilə mümkün olub:

“Bu nailiyyətlər, həmçinin Azərbaycan səhiyyəsinin gələcək inkişafı üçün möhkəm təməl formalaşdırır”.

Aygün Hüseyn, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO