Azərbaycanda noutbuk və stolüstü kompüter istehsalı artıb

Azərbaycanda noutbuk və stolüstü kompüter istehsalı artıb

Hazırda oxunan: Azərbaycanda noutbuk və stolüstü kompüter istehsalı artıb

249831

Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 1427 ədəd noutbuk istehsal edilib.

Bizim.Media xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 596 ədəd və ya 71,7 faiz çoxdur.

Bununla yanaşı, ötən ay Azərbaycanda 1684 ədəd stolüstü kompüter istehsal edilib. Ötən ilin eyni ayları ilə müqayisədə stolüstü kompüter istehsalı 1057 ədəd və ya 2,7 dəfə artıb.

Ümumiyyətlə, kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-aprel aylarında 73,8 milyon manatlıq məhsul istehsal olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO