“Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi davam edir.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən 16-18 may 2025-ci il tarixlərində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi təşkil olunub.
Bizim.Media xəbər verir ki, konqresin əsas məqsədi kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində elmi-tibbi biliklərin paylaşılması, beynəlxalq təcrübə mübadiləsi və bu sahədə son yeniliklərin müzakirəsidir.
Tədbirə dünyanın 20 ölkəsindən 400-ə yaxın yerli və xarici kardioloq, kardiocərrah və mütəxəssis qatılıb.
Elmi sessiyalar çərçivəsində ürək-damar xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsindəki aktual mövzular müzakirə olunur, qabaqcıl metod və texnologiyalar təqdim edilir.
Konqres, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınıb və iştirakçılara 20 DTT balı təqdim olunacaq.
Aygün Hüseyn, Pərviz Allahverdiyev, Bizim.Media