Elgünün yaralı halda tapıldığı yerdən VİDEO

Elgünün yaralı halda tapıldığı yerdən VİDEO

Hazırda oxunan: Elgünün yaralı halda tapıldığı yerdən VİDEO

249709

Xəbər verdiyimiz kimi, mayın 13-nə keçən gecə Gəncə şəhər sakini 18 yaşlı Elgün İbrahimov Məmməd Xələfov küçəsi 115 ünvanında - Azərbaycan Texnologiya Universitetinə məxsus, hazırda istifadəsiz olan yataqxananın həyətində ağır vəziyyətdə tapılıb və xəstəxanaya yerləşdirilsə də, bir neçə saat sonra vəfat edib.

Bizim.Media xəbər verir ki, “qafqazinfo.az”ın əməkdaşı E.İbrahimovun yaralı halda tapıldığı ərazidə olub.

Görüntülərdən ərazinin nəzarətsiz olması məlum olur və cinayət hadisəsinin törədilməsi üçün cəlbediciliyi diqqət çəkir.
 

Qeyd edək ki, ölüm hadisəsi ilə bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdın sağlamlığa ağır zərər vurma – ölümlə nəticələndikdə) maddəsi ilə iş açılıb və istintaq tədbirləri davam etdirilir.


Elgünün tapılığı yerdə deyil, başqa yerdə xəsarət alması və daha sonra oraya gətirilməsi, eləcə də digər versiyalar nəzərdən keçirilir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO