Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 239 ünvanında (əvvəllər “Diqlas” ticarət mərkəzinin yerləşdiyi ərazidə) yeni ticarət mərkəzinin tikintisi nəzərdə tutulur.
Bu barədə Bizim.Media-ya Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Bildirilib ki, 10 dekabr 2024-cü il tarixində sözügedən komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyd olunan ünvanda ümumi sahəsi 3200 m² olan 5 mərtəbəli qeyri-yaşayış təyinatlı ticarət kompleksinin tikintisinə icazə verilib.
Qeyd edək ki, “Diqlas” ticarət mərkəzi 6 il əvvəl yanıb. Ondan sonra ərazidə hər hansı tikinti işi aparılmayıb.
Bizim.Media