Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir - FOTO

Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir - FOTO

Hazırda oxunan: Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir - FOTO

249557

Türkiyə Milli Müdafiə Universitetinin (MMU), eləcə də Hərbi Hava və Hərbi Dəniz İnstitutlarının rəhbər heyətlərinin, müəllimlərinin, "Qərargahın idarə olunması kursu"nun dinləyicilərinin ölkəmizə səfəri davam edir.

Bu barədə Bizim.Media-ya Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
 

Səfərin proqramına uyğun olaraq, qonaqlar Azərbaycan Hərbi Hava Qüvvələrinin “N” hərbi hissəsində olublar.


Türkiyəli nümayəndələrə hərbi hissənin yaranma tarixi, strukturu və Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində fəaliyyəti barədə brifinq təqdim olunub.

Sonra hərbi hissənin silahlanmasında olan bəzi uçuş texnikaları, aviasiya vasitələri qonaqlara əyani olaraq göstərilib, onların taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib.

Türkiyə nümayəndə heyəti hərbi hissənin Təlim və Tədris Mərkəzinə də baş çəkiblər. Burada türkiyəli dinləyicilərə hava hücumundan müdafiə kompleksinin sinif məşq qurğusunda praktiki atış etmələrinə şərait yaradılıb.

Daha sonra nümayəndələr MMU-nun Hərbi Elmi Tədqiqat İnstitutunun Hərb Oyunları Mərkəzini ziyarət ediblər.

Qonaqlara hərbi təhsil sistemi, MMU-da hərbi təhsil sahəsində aparılan islahatlar, tədris və elmi fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Heydər Əliyev adına Hərbi İnstituta gələn nümayəndə heyətinə hərbi institutun yaranma tarixi, təhsil və tədris prosesi haqqında brifinq təqdim olunub.
 

Türkiyəli qonaqlar İnstitutun ərazisindəki muzeydə sərgilənən fotostendlə tanış olublar. Burada Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın yaranması, dövlətçiliyin möhkəmləndirilməsi və ordu quruculuğundakı fəaliyyətini əks etdirən guşələr, həmçinin digər eksponatlar qonaqların marağına səbəb olub.


Plana əsasən, Hərbi Dəniz Qüvvələrinin "N" hərbi hissəsinə gələn nümayəndə heyəti burada dəniz xüsusi təyinatlılarının silah və texniki vasitələri ilə tanış olublar. Qonaqlar dəniz piyadalarının nümunəvi çıxışlarını izləyiblər.

Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti, həmçinin Azərbaycan Hərb Tarixi Muzeyini də ziyarət edib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO